Yuxarı

Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul edib

Vətəndaşlar yenə də İran səhiyyəsindən nazirə şikayət ediblər

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbula müraciət edən 50 nəfər Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakini müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirib.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların müraciətlərinin əsas hissəsini əvvəlki rayonlarda olduğu kimi, xarici ölkələrdən, xüsusilə İran İslam Respublikasından, fəsadlaşmış halda ölkəmizə dönən və yerli mütəxəssislərdən yardım istəyən soydaşlarımız təşkil edib. Digər müraciətlər sağlamlıq problemləri, kadr məsələləri, həkimlərin xarici ölkələrdə təkmişləşdirilməsi, işlə təminat və s. məsələlərlə bağlı olub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi