​Nizami rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilib

​Nizami rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilib Növbəti forum Xəzər rayonunda keçiriləcək
Sağlamlıq
8 İyun , 2016 14:58
​Nizami rayonunda “Məktəblilərin Sağlamlıq Forumu” keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərinin Nizami rayonunda təşkil etdiyi “Məktəblilərin Sağlamlıq Forumu” başa çatıb.

Bu barədə "Report"a Mərkəzin mətbuat xidmətindən bildirilib.

İki hissədən ibarət Forum Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib. Forumun əsas məqsədi məktəblilər arasında sağlamlıq mədəniyyətinin formalaşması, onların insan orqanizminə zərərli vərdişlərdən uzaqlaşdırılmasına kömək etmək olub.

Tədbiri giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, yeniyetmələrin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumları məktəblilərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər.

Daha sonra Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədri, ali dərəcəli həkim Sədaqət Vəliyeva deyib ki, bu gün ölkə başçısı tərəfindən aparılan siyasət cəmiyyətdə sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafını dəstəkləmək, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaqdır.

Forumun ikinci hissəsində həkimlər - Nərgiz Cabbarova və Attila Quliyevin sağlam qidalanma, narkomaniya, siqaret əleyhinə və digər mövzulara həsr olunan məruzələri dinlənilib, video materillar nümayiş etdirilib. İnteraktiv metodla məktəblilər arasında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində məktəblilərə maarifləndirici materiallar paylanıb.

Qeyd edək ki, Bakı şəhərinin Nərimanov, Binəqədi, Nəsimi, Səbail, Sabunçu, Nizami rayonlarında təşkil olunan Forum, yaxın günlərdə Xəzər rayonunda da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi