Yuxarı
    Bağlamaq

    "Nikoil Bank" növbəti qanvermə aksiyası keçirib

    Əməkdaşlar bankın baş ofisində keçirilən aksiyada iştirak ediblər

    Bakı. 5 dekabr. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin kollektivi qana ehtiyacı olan uşaqlar üçün növbəti könüllü qanvermə aksiyası keçirib.

    "Report" bu barədə banka istinadən xəbər verir.

    Bankın Bakı şəhəri filialları və mərkəzi filialının bütün əməkdaşları Puşkin küçəsi 30 ünvanında yerləşən baş ofisdə keçirilən aksiyada iştirak ediblər.

    "Artıq 10 ildir Bank “Fəxri donor” adını ləyaqətlə daşıyır. Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə mütəmadi olaraq qanvermə aksiyası həyata keçirilir" - "Nikoil Bank"dan bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi