Yuxarı

Azərbaycanda bu ilin yayından etibarən nikaha daxil olanlardan tibbi arayış tələb olunacaq

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Milli Məclisin (MM) Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. “Report” xəbər verir ki, dəyişikliklər layihəsi MM-ə Azərbaycan Prezidentinin təqdimatı ilə daxil olub.

Layihədə nikaha daxil olan şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə düzəlişin qüvvəyə minməsi tarixinin dəyişdirilməsi təklif edilir.

Belə ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, nikaha girənlərdən tibbi arayışın tələb olunması bu il yanvarın 1-dən tətbiq olunmalı idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi