Nazirlik: Oqtay Şirəliyev şəxsən özü yaralıların vəziyyəti ilə maraqlanır

Nazirlik: Oqtay Şirəliyev şəxsən özü yaralıların vəziyyəti ilə maraqlanır Səhiyyə Nazirliyi cəbhəyanı bölgələrdəki tibb müəssisələrini diqqət və nəzarət altında saxlayır
Sağlamlıq
5 Aprel , 2016 16:15
Nazirlik: Oqtay Şirəliyev şəxsən özü yaralıların vəziyyəti ilə maraqlanır

Bakı. 5 aprel. REPORT.AZ/ "Səhiyyə Nazirliyi cəbhəyanı bölgələrdəki tibb müəssisələrini diqqət və nəzarət altında saxlayır. Səhiyyə naziri Oqtay Şirəliyev şəxsən özü daim yaralıların vəziyyəti ilə maraqlanır". Bunu "Report"a nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, nazirlik bölgələrdəki tibb müəssisələrinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət 6 briqada göndərib ki, həmin briqadaya travmatoloqlar, neyrocərrahlar, cərrahlar və s. mütəxəssislər daxildir: "Həmin mütəxəssislər ehtiyacı olan vətəndaşlara dərhal yüksək səviyyəli diaqnostika ilə yanaşı, cərrahiyyə əməliyyatlarını da icra edə bilirlər. Bunlardan əlavə, Səhiyyə Nazirliyi hospitallara yardım məqsədilə qanəvəzedici məhlullar, dərman preparatları, dezinfeksiyaedici məhlullar, sarğı və gips materialları, infuziya uçun sistemlər və s. göndərib".

Son xəbərlər

Orphus sistemi