Yuxarı

Nazirlik: Nikaha daxil olmaq istəyən 130 min insan tibbi müayinədən keçib

Müayinədən keçən 6 921 nəfərin talassemiya, 415 nəfərin sifilis, 75 nəfərin isə QİÇS virusunun daşıyıcısı olduğu aşkarlanıb

Bakı. 6 may. REPORT.AZ/ Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası"na uyğun olaraq ötən il iyunun 1-dən mayın əvvəlinə kimi nikaha daxil olmaq istəyən 130 min insan tibbi müayinədən keçib.

"Report"un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb.

Müayinədən keçən 6 921 nəfərin talassemiya, 415 nəfərin sifilis, 75 nəfərin isə QİÇS virusunun daşıyıcısı olduğu aşkarlanıb.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi