Nazirlik: İşıq söndüyü müddətdə xəstəxanalar generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin edilib

Nazirlik: İşıq söndüyü müddətdə xəstəxanalar generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin edilib Bakı. 3 iyul. REPORT.AZ/ Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən qəzaya görə işığın sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb.
Sağlamlıq
3 İyul , 2018 09:34
Nazirlik: İşıq söndüyü müddətdə xəstəxanalar generatorlar vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin edilib
Report
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən qəzaya görə işığın sönməsi nəticəsində xəstəxanaların işində problem yaranmayıb.

Bunu "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.  

O qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən bütün xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanalar fasiləsiz elektrik enerjisi ilə təmin edilib. İşığın sönməsinə görə xəstəxanalarda müalicə olunan xəstələr arasında ölüm faktı qeydə alınmayıb".

Nazirlik rəsmisi əlavə edib ki, təcili tibbi yardım maşınları çağırışlara vaxtında çatıb.  

Son xəbərlər

Orphus sistemi