Nazirlik: İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıblar

Nazirlik: İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıblar Bakı. 22 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.
Sağlamlıq
22 Oktyabr , 2018 10:09
Nazirlik: İran gəmisində ölən şəxslərin meyitləri təhvil verilib, zəhərlənənlər xəstəxanadan buraxılıblar

Bakı. 22 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. 

Nazirlik rəsmisi qeyd edib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib. 

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

Son xəbərlər

Orphus sistemi