Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib

Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib "Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb"
Sağlamlıq
27 Yanvar , 2016 16:00
Nazirlik: Elmi-Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ödənişsiz ürək əməliyyatı edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Son 5 ildə M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində mindən artıq uşaq ürək əməliyyatı olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, bu əməliyyatların 100-nü qapalı, qalanları isə açıq ürək əməliyyatları təşkil edib.

Məlumata görə, keçən il Mərkəzdə ümumilikdə uşaqlar üzərində keçirilən əməliyyatların sayı 300-ü keçib. "Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir", - deyə məlumatda bildirilib.

Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.

Qeyd edək ki, Mərkəz 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb. 

Son xəbərlər

Orphus sistemi