Nazirlik: Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıblar

Nazirlik: Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıblar Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
Sağlamlıq
5 Noyabr , 2019 09:39
Nazirlik: Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanlar evə buraxılıblar

Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb. 

Nazirlikdən "Report"a bildirilib ki, hadisə yerinə 5 həkim briqadası göndərilib.  

"Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yanında, iki maaşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma saat 22:20 də daxil olub.

Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır, 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Xəstəxananın baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb",- nazirlikdən bildirilib.  

Son xəbərlər

Orphus sistemi