Yuxarı

Nazir Oqtay Şirəliyev Salyan rayonunda vətəndaşlar üçün qəbul keçirəcək

Qəbula yazılmaq istəyən vətəndaşlar Salyan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 17-də Salyan rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə “Report”a Səhiyyə Nazirliyindən bildirilib.

Nazir Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Salyan rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi