Yuxarı

Nazir müavini: "Dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranmış problemi həllini tapıb"

Həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranmış problemi həllini tapıb".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıq verilib: "Yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq. Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər olacaq. Hazırda qiymətlər bazara uyğun, həmin günə olan məzənnə ilə götürülür. Amma bunun dəyişməsi nəzərdə tutulur və müəyyən dəyişiklik olacaq. Həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi