Nazir müavini: "Bir neçə ildir Azərbaycanın dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir"

Nazir müavini: "Bir neçə ildir Azərbaycanın dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir" Elsevər Ağayev: "Publik hüquqi şəxs statusu alan tibb müəssisələri bundan sonra da Səhiyyə Nazirliyinin tabeliyində olacaq"
Sağlamlıq
15 Noyabr , 2017 12:02
Nazir müavini: Bir neçə ildir Azərbaycanın dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir
Səhiyyə nazirinin müavini Elsevər Ağayev / Report/ Elshan Baba

Bakı. 15 noyabr. REPORT.AZ/ "Publik hüquqi şəxs statusu alan tibb müəssisələri yenə də Səhiyyə Nazirliyinin tabeliyində olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini qeyd edib ki, amma həmin tibb müəssisələrinin maliyyə mexanizmi dəyişəcək: "Artıq bir neçə ildir dövlət tibb müəssisələrində ödənişli xidmət göstərilmir. Bu xidmətlər dövlət tərəfindən maliyyələşdirilir. Lakin icbari tibbi sığortaya keçilən ərəfədə tibb müəssisələrinin hesablarının olmaması onların fəaliyyətində problemlər yarada bilər. Ona görə də onlar publik hüquqi şəxsə çevrilirlər. Belə olanda onların həm dövlət büdcəsindən, həm də gələcəkdə digər mənbələrdən maliyyələşməsi qanunazidd olmayacaq".

Son xəbərlər

Orphus sistemi