Nazir müavini: "Bəzi hallarda xaricdən gəlib sənədini təsdiqlətməkdən yayınan həkimlər olur"

Nazir müavini: "Bəzi hallarda xaricdən gəlib sənədini təsdiqlətməkdən yayınan həkimlər olur" "Ona görə də həkimlərin fəaliyyətinə komissiyadan keçdikdən sonra icazə verilir"
Sağlamlıq
19 Sentyabr , 2016 14:50
Nazir müavini: Bəzi hallarda xaricdən gəlib sənədini təsdiqlətməkdən yayınan həkimlər olur

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Əfsuslar olsun ki, bəzi hallarda xaricdən gəlib sənədini təsdiqlətməkdən yayınan həkimlər də olur".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir həmin insanları belə hallardan yayınmamağa dəvət edib.

O xatırladıb ki, xaricdən Azərbaycana həkimlərin gəlib işləməsi məsələsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir: “Bu komissiya mütəmadi olaraq öz iclaslarını keçirir. Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirir, sonra bizə sənədlərini təqdim edirlər. Ona görə də həkimlərin fəaliyyətinə komissiyadan keçdikdən sonra icazə verilir".  

Son xəbərlər

Orphus sistemi