​Naxçıvanın orta məktəblərində şagirdlərin kütləvi müayinəsi aparılır

​Naxçıvanın orta məktəblərində şagirdlərin kütləvi müayinəsi aparılır Bu günə qədər 6 min 570 şagird müayinə olunub
Sağlamlıq
28 Oktyabr , 2015 10:18
​Naxçıvanın orta məktəblərində şagirdlərin kütləvi müayinəsi aparılır

Bakı. 28 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, MR-in orta məktəb şagirdlərinin kütləvi profilaktik müayinələri keçirilir.

"Report"un məlumatına görə, müayinələr muxtar respublikanın bütün təhsil müəssisələrini əhatə edir.

Müayinələr nəticəsində 4 min 73 uşaq göz, stomatoloji, nevroloji, cərrahi, dəri-zöhrəvi və digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar yoxlanmalar üçün xəstəxanaya - stasionara dəvət olunub. Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 541 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 97 faizini təşkil edir. 1008 oftalmoloji, 491 LOR, 213 nevroloji, 155 cərrahi, 55 dermatoveneroloji, 201 endokrinoloji, 181 pediatrik xəstəliyə meyilli uşaqların dispanser qeydiyyatına götürülərək daha yüksəkixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq və sair) tərəfindən konsultasiyası, zəruri hallarda isə stasionar müalicəsi təşkil edilib.

Hazırda şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılır, sonra isə LOR, cərrah-travmatoloq, oftalmoloq, endokrinoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən yoxlanılır. Xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyatına götürülərək göstəriş əsasında stasionar müalicəyə göndərilirlər. Artıq Naxçıvan şəhərində yerləşən məktəblərin 12-də 6 min 570 uşaq müayinələrə cəlb olunub. Digər məktəblərdə də müayinələr davam etdirilir.

Son xəbərlər

Orphus sistemi