Naxçıvanda tibb işçiləri üçün 540 vakant yer təklif olunacaq

Naxçıvanda tibb işçiləri üçün 540 vakant yer təklif olunacaq Yarmarka sentyabrın 16-da Səhiyyə Nazirliyinin inzibati binasında təşkil ediləcək
Sağlamlıq
14 Sentyabr , 2016 09:57
Naxçıvanda tibb işçiləri üçün 540 vakant yer təklif olunacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirəcək.

"Report" xəbər verir ki, əmək yarmarkasında işaxtaranlara 540 vakant iş yeri təklif olunacaq ki, onlardan da 401-i həkim, 139-u isə orta tibb işçisidir.

Yarmarka sentyabrın 16-da Səhiyyə Nazirliyinin inzibati binasında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi