Naxçıvanda qadınlar xərçəngönü xəstəlikləri müayinəsindən keçirilir

Naxçıvanda qadınlar xərçəngönü xəstəlikləri müayinəsindən keçirilir Son iki ildə iki mindən çox qadın təhsil işçisi müayinə edilib
Sağlamlıq
2 Mart , 2016 22:56
Naxçıvanda qadınlar xərçəngönü xəstəlikləri müayinəsindən keçirilir

Bakı. 2 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında qadınlar arasında süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.

“Report”un xəbərinə görə, Naxçıvan Onkoloji Mərkəzin həkim-onkoloqları tərəfindən son iki ildə Naxçıvan şəhəri və rayonlar üzrə 2000-dən çox qadın təhsil işçisinin süd vəzisinin profilaktik müayinəsi həyata keçirilib.

Müayinələr zamanı 85 qadının süd vəzisində fibroadenoma, mastopatiya və digər patologiyalar aşkar edilib. Onlar Onkoloji Mərkəzə dəvət olunub və mammoqrafiya müayinəsindən keçirilərək diaqnozu dəqiqləşdirilib, müvafiq müalicələr təyin edilib.

Cari ilin profilaktik tibbi müayinələri isə muxtar respublikanın mədəniyyət işçilərini əhatə edir. Belə ki, artıq qadın mədəniyyət işçiləri arasında süd vəzisinin profilaktik müayinəsinə başlanılıb. Naxçıvan Dövlət Filarmoniyası, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Heydər Əliyev Sarayında çalışan 111 nəfər qadın mədəniyyət işçisi də müayinədən keçib.

Son xəbərlər

Orphus sistemi