Yuxarı

​Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrinin sayı açıqlanıb

Muxtar Respublikanın tibb müəssisələrində 707 həkim çalışır

Bakı. 17 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında hazırda 233 tibb müəssisəsi fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə Muxtar Respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Həmin tibb müəssisələrində 707 həkim və 2103 orta tibb işçisi çalışır.

Həmçinin Muxtar Respublikada 5 özəl tibb müəssisəsi fəaliyyət göstərir.

Nazirlikdən bildirilib ki, son illər 250-dən çox səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

2015-ci il ərzində Muxtar Respublikada sosial layihələr çərçivəsində 556 cərrahi əməliyyat aparılıb, 22 xəstənin ürək damarlarına stent qoyulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi