Yuxarı

​Naxçıvanda əhalinin hər 10 000 nəfərinə 17,8 həkim düşür

Muxtar respublikada ümumillikdə 785 həkim var

Bakı. 7 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında (MR) bütün ixtisaslar daxil olmaqla həkimlərin sayı 785 nəfərdir.

"Report" MR-in Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, muxtar respublikada əhalinin hər 10 000 nəfərinə 17,8 nəfər həkim düşür.

Orta tibb işçilərinin sayı 2521 nəfər, əhalinin hər 10 000 nəfərinə düşən orta tibb işçilərinin sayı 57,3 nəfərdir.

Muxtar respublikada xəstəxana müəssisələrinin sayı 43, xəstəxana çarpayılarının sayı isə, 3082-dir. Əhalinin hər 10 000 nəfərinə düşən çarpayıların sayı 70,1-dir.

MR-də əhaliyə ambulatoriya-poliklinika yardımı göstərən müalicə müəssisələrinin sayı isə 119-dur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi