Yuxarı
    Bağlamaq

    Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

    Azərbaycanın energetika nazirini onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb© Report.az

    Bakı. 5 iyun. REPORT.AZ/ Səhhətində yaranan ciddi problemlərə görə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycanın energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.

    “Report”un məlumatına görə, onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. 

    Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 

    Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Energetika nazirinin müalicəsi xəstəxanada reanimasiya şəraitində davam edib, ürəyinə stentlər qoyulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi