Narkoloji Mərkəzdə yanğın zamanı zəhərlənmiş şəxslərin adları açıqlanıb

Narkoloji Mərkəzdə yanğın zamanı zəhərlənmiş şəxslərin adları açıqlanıb Bakı. 2 mart. REPORT/ Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib.
Sağlamlıq
2 Mart , 2018 10:31
Narkoloji Mərkəzdə yanğın zamanı zəhərlənmiş şəxslərin adları açıqlanıb
Report

Bakı. 2 mart. REPORT/ "Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib".

Bunu "Report"a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov, 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olublar: "Hər 3 xəstənin vəziyyəti kafi olub. Onların üçündə də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb". 

Son xəbərlər

Orphus sistemi