Mütəxəssis: “Son illər Şəkidə süd vəzi xərçəngi daha çox yayılıb”

Mütəxəssis: “Son illər Şəkidə süd vəzi xərçəngi daha çox yayılıb” Bakı. 3 dekabr. REPORT.AZ/ “Son bir neçə ildə Şəkidə süd vəzi xərçəngi daha çox yayılıb”.
Sağlamlıq
3 Dekabr , 2018 10:32
Mütəxəssis: “Son illər Şəkidə süd vəzi xərçəngi daha çox yayılıb”
Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim patomorfoloqu İntiqam Əmrahov / Report
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ “Son bir neçə ildə Şəkidə süd vəzi xərçəngi daha çox yayılıb”.

Bunu “Report”a açıqlamasında Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim patomorfoloqu İntiqam Əmrahov deyib. 

O bildirib ki, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda isə ginekoloji problemlərə daha çox rast gəlinir: “Laboratoriyaya müraciət edən 10 qadından 8-də xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir. Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər də olur. Rayon yeri olmasına baxmayaraq xərçəng xəstəliyinin son vaxtlarda artmasına səbəb kimi ekoloji faktoru, duzğun həyat tərzinə, qidalanmaya, həkim konsultasiyalarına laqeyd yanaşmada görürük”.

İ.Əmrəhov qeyd edib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün yeganə laboratoriya məhz Şəki rayon Mərkəzi Xəstəxanasında yerləşir.

Patositomarfologiya Laboratoriyanın yaradılmasının təşəbbüskarı olan həkim patomorfoloq İntiqam Əmrahov deyir ki, xəstəxanda onkoloji xəstəliklərin hüceyrə və toxuma səviyyəsində yoxlanılması üçün hər cür şərait var: “Bu gün hüceyrə (sitoloji) və toxunma (histaloji) səviyyəsində müxtəlif onkoloji xəstəliklərin diaqnozunun qoyulduğu yeganə laboratoriya Şəki Rayon Mərkəzi Xəstəxanasındadır. Əməliyyat zamanı orqanlarda istər onkoloji, istərsə də qeyri-onkoloji xəstəliklərin dəqiq diaqnozu bu laboratoriyada aparılır”. 

Son xəbərlər

Orphus sistemi