Yuxarı

Müalicəvi Diaqnostika Mərkəzində Hepatit B və C-nin pulsuz müayinəsinə başlanılıb

Müayinələr bir ay davam edəcək

Bakı. 24 may. REPORT.AZ/ Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Hepatit B və C-nin pulsuz müayinəsinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan vətəndaşları mərkəzdə pulsuz müayinədən keçə bilərlər. Bir ay müddətində davam edəcək müayinələrdən keçən şəxslər xaricdə təhsil alan həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrinə 20 faiz endirimdən də faydalana biləcəklər.

Xatırladaq ki, qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi