Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər Bu münasibətlə 7 kimsəsiz uşaq sünnət edilərək toy məclisi təşkil olunub
Sağlamlıq
26 İyun , 2017 22:55
Mingəçevirin səhiyyə işçiləri Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri keçiriblər

Mingəçevir. 26 iyun. REPORT.AZ/ Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Səhiyyə Həmkarlar Şurasının təşəbbüsü ilə xeyriyə tədbiri keçirilib.

“Report” Şirvan bürosunun məlumatına görə, tədbir çərçivəsində Uşaq Nevroloji Sanatoriyasının 7 nəfər kimsəsiz sakini öncə sünnət olunub, daha sonra isə Ağsaray otelində onların şərəfinə toy məclisi təşkil edilib.

Tədbirdə çıxış edən Mərkəzi Xəstəxananın direktoru Könül Ələkbərova Səhiyyə Həmkarlar Şurasının sədri Allahverdi Əliyev, Respublikanın əməkdar həkimi Elmina Cəfərova və digər qonaqlar iştirakçıları Ramazan bayramı, Silahlı Qüvvələr Günü və bu xoş mərasim münasibətilə təbrik ediblər.

Saatlarla davam edən tədbiri musiqi sədaları müşayiət edib. Sünnət olunmuş körpələrə çoxsayda hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi