Yuxarı
    Bağlamaq

    Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüş keçirilib

    Respublikanın baş pediatrı: Ölkədə oğlan qız nisbətinin azaldılması üçün dövlət səviyyəsində tədbirlər görülməlidir

    Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakıda 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşü keçirilib. 

    "Report"un xəbərinə görə, tədbirdə millət vəkili Məlahət İbrahimqızı, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova, respublikanın baş pediatrı Nəsib Quliyev, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin müşaviri Fərid Babayev və başqaları iştirak ediblər.

    Görüşdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, İşçi Qrupun rəhbəri Cəmilə Qurbanova bildirib ki, 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ümumi prinsiplərinə əhalinin reproduktiv sağlamlığının yaxşılaşması, reproduktiv sağlamlıq məsələlərində gender bərabərliyinin, bu sahə üzrə təhsilin və tibbin əlçatanlığının, əhalinin həssas qruplarının-yeniyetmələrin, gənclərin, sosial həssas qrupların və yaşlı insanların reproduktiv sağlamlığına xüsusi diqqət göstərilməsi daxildir. Onun sözlərinə görə, strategiyanın məqsədlərinə ana sağlamlığının, perinatal və körpə sağlamlığının, əhalinin reproduktiv təhsilini və sağlamlığlnı yaxşılaşdırılması, İİV-QİÇS, uşaqlıq boynunun xərçəngi ilə xəstələnmə səviyyəsini azaltmaq, gender zorakılığını və cinsi istismarı azaltmaqdır.

    Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Azərbaycan ana və uşaq sağlamlığının qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, nəticədə son illər ölkədə ana ölümlərinin sayı azalıb. S.Məmmədova bildirib ki, ölkədə və orta tibb personalının sertifikasiyasının həyata keçirilməsi onların bilik və bacarıqlarının artırılmasına, beləliklə də, göstərdikləri antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin yüksəldilməsinə imkan yaradıb.

    Respublikanın baş pediatrı Nəsib Quliyev əlavə edib ki, bu sahədə narahat edən məsələ dünyaya gələn uşaqların vaxtında-doğum evində ana südü ilə qidalanmasının təmin edilməsidir. Onun sözlərinə görə, Ana südü ilə qidalanmasının 100%-ə çatdırılması əsas məqsəd və vəzifə kimi qarşıya qoyulub. N.Quliyev bildirib ki, ölkədə oğlan qız nisbətinin də azaldılması üçün dövlət səviyyəsində tədbirlər görülməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi