Yuxarı

Milli Məclisdə "Eynəklər haqqında" qanun layihəsi müzakirə olunacaq

Qanun layihəsi yaz sessiyasının müzakirələrinə çıxarıla bilər

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) Sosial siyasət komitəsi tərəfindən eynəklərlə bağlı yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. "Report" xəbər verir ki, bunu komitə sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, qanun layihəsinin "Optika haqqında" adlandırılması nəzərdə tutulub. Lakin sonradan layihənin adı dəyişdirilib: "Bu sənədin "Eynəklər haqqında" qanun layihəsi adlandırılması gözlənilir. Onu da deyim ki, bu gün ölkə əhalisinin tən yarısı eynəklərdən, gözlüklərdən, linzalardan istifadə edir. Bəzən də həmin eynəklərin, gözlüklərin həkim məsləhəti olmadan və normalardan kənar taxılması bəzi digər xəstəliklərin yaranmasına səbəb olur. İlk baxışda elə bilirsən ki, bu xəstəlik sinir gərginliyindən və əsəbdən törənib, ancaq sonra məlum olur ki, bunun kökündə eynəklərdən düzgün istifadə edilməməsi dayanır. Ona görə də bu yöndə qanun layihəsinin hazırlanmasına başlamışq və onu ən azı qarşıdan gələn yaz sessiyasının ilkin müzakirələrinə çıxarmağı düşünürük".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi