Milli Məclis gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verən qanun layihəsini qəbul edib

Milli Məclis gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verən qanun layihəsini qəbul edib Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb
Sağlamlıq
25 Aprel , 2017 13:55
Milli Məclis gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verən qanun layihəsini qəbul edib

Bakı. 25 aprel. REPORT.AZ/ Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verən qanun layihəsini qəbul edilib.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. 

O bildirib ki, həmin siyahıya gözün buynuz qişası da əlavə edilib. Yəni, bundan sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi