Yuxarı

Xəstəxana: Xalq artisti Rafael Dadaşov danışa bilir, vəziyyəti ağır stabildir

​Mərkəzi Neftçilər Xəstəxanası xalq artisti Rafael Dadaşovun diaqnozun

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Reanimasiya şöbəsində müalicəsi davam edən Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti qaydasındadır.

Xəstəxanadan “Report”a verilən məlumata görə, aktyor danışa bilir və hər şey qaydasındadır.

Qeyd olunub ki, aktyor xəstəxanaya ötən gün ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və Ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə gətirilib. Hazırda müalicəsi davam edir və müvafiq müalicə tətbiq edilir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir:

“Rafael Dadaşov hələ 2009-cu ildə xəstəxanada ürək əməliyyatı olunub. 5-6 il sonra isə Ağciyərlərin xroniki abstruktiv xəstəliyi ilə müalicə olunub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi