Mansur Piriyev: "Qurban bayramında heyvan kəsimi ilə bağlı əvvəlki mənzərələrin şahidi olmayacağıq"

Mansur Piriyev: "Qurban bayramında heyvan kəsimi ilə bağlı əvvəlki mənzərələrin şahidi olmayacağıq" Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qurban Bayramı ilə bağlı hazırlıq işlərinə start verib.
Sağlamlıq
3 İyul , 2018 18:01
Mansur Piriyev: Qurban bayramında heyvan kəsimi ilə bağlı əvvəlki mənzərələrin şahidi olmayacağıq

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qurban Bayramı ilə bağlı hazırlıq işlərinə start verib. 

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"a bildirib ki, bununla bağlı xüsusi işçi qrupları yaradılıb: "Respublika ərazisində fəaliyyət göstərən kəsimxanalarda monitorinqlər keçirilib, mövcud kəsimxanaların fəaliyyəti qiymətləndirilir və hazırda Bakı, Abşeron və Sumqayıtda kəsimxanalarda hazırlıq işləri aparılır".

O qeyd edib ki, yaxın günlərdə Qurban bayramı ilə bağlı əhaliyə heyvan kəsimi məntəqələri və diri satış yerlərinin ünvanları açıqlanacaq: "Kəsim məntəqələri modul, mobil və stasionar tipli olacaq. Diri heyvanlarla bağlı rayonlardan satış məqsədilə Bakı şəhərinə gələn heyvanlara bütün mərhələlərdə nəzarət həyata keçiriləcək. Rayonlardan kəsim üçün heyvan gətirən sahibkarlar qeydiyyatdan keçdikdən sonra təyin olunmuş ünvanlar üzrə kəsim və diri satış məntəqələrinə yönləndiriləcəklər. Hazırda Agentlik gücləndirilmiş iş rejimi ilə Qurban bayramına hazırlıq işlərini davam etdirir. Agentlik bu istiqamətdə heyvan kəsimi məntəqələrində qiymətləndirmə işini yekunlaşdırdıqdan sonra Qurban bayramı ilə bağlı heyvan kəsimi məntəqələri və diri satış yerlərinin ünvanlarını açıqlayacaq".

Son xəbərlər

Orphus sistemi