Yuxarı
    Bağlamaq

    Mahirə Əfəndiyeva: "Bu gün dünya standartları 500 qram doğulan körpəni də sağaltmağı tələb edir"

    Azçəkili körpələri normal hala gətirmək üçün aylarla vaxt lazım olur

    Bakı. 6 may. REPORT.AZ/ "Vaxtından qabaq doğulan körpələrdə xəstəliklərin erkən diaqnostikası çox önəmlidir. Bu gün Azərbaycanda vaxtından qabaq doğulan uşaqlar üçün tibbi yardım, onlara qulluq, qidalandırma texnologiyası çox yüksək səviyyədədir".

    Bunu "Report"a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Vaxtından Qabaq Doğulanlar və Yenidoğulanların Patologiyası elmi bölməsinin rəhbəri Mahirə Əfəndiyeva deyib.

    O bildirib ki, ildən-ilə bu cür körpələr arasında ölüm halları azalır: "37 həftədən tez doğulanlar, çəkisi 2 kilo 500 kq-dan aşağı olanlar vaxtından qabaq doğulan hesab olunur. İndi onlara azçəkili uşaqlar deyirlər. Hazırda mövcud beynəlxalq standartların diqtəsinə görə 500 qramlıq körpəni də sağaltmaq tələb olunur. 22 həftəlik uşaqları saxlamaq üçün də texnologiyamız var. Bu cür körpələri ana südü ilə qidalandırmaq lazımdır. Həmin uşaqlara qida zondlar, aparatlarla verilir".

    M.Əfəndiyeva bildirib ki, Azərbaycanda 700 qramlıq körpələr daha çox doğulur. 800-1000 qramlıq uşaqların da olduğunu deyən bölmə rəhbəri, bu cür körpələrə süni qida verilməsinin doğru olmadığını deyib: "Vaxtından qabaq doğulanlara süni qida versək, onların mədə-bağırsaqlarında ciddi xəstəliklər inkişaf edər. Bu cür körpələrə tibbi yardımla bərabər, qidalanma da çox önəmlidir.Onlar üçün doğru qida isə ana südüdür. 700 qramlıq uşağın 2 kilo 500 qrama gəlib çatması üçün bir neçə neçə ay lazımdır. Onların bütün üzv sistemləri morfoloji cəhətdən qeyri-yetgindir. Ona görə onlarla işləmək çox çətin və məsuliyyətlidir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi