Yuxarı

Liberiyada Ebolaya qarşı vaksinin sınaqları başlayır

Testlərdə fiziki cəhətdən sağlam olan 30 min könüllü iştirak edir

Bakı. 2 fevral. REPORT.AZ/ Liberiyada ölümcül Ebola virusuna qarşı hazırlanan yeni vaksinin ilk genişmiqyaslı testləri başlayır.

"Report" BBC-yə istinadən xəbər verir ki, dərman istehsalı ilə məşğul olan GSK və Merck adlı əczaçılıq şirkətlərinin nümayəndələri, səhiyyə sisteminin zəif oduğu Qərbi Afrikaya vaksini ciddi məxfilik şəraitində çatdırıblar. Testlərdə fiziki cəhətdən sağlam olan 30 min könüllü iştirak edir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Qvineya, Syerra Leone və Liberiyada Ebola virusundan ölənlərin sayı 9 mini ötüb.

Ebola bir çox hallarda ölümlə nəticələnən ciddi infenksiya xəstəliyidir. Virusun müxtəlif ştamlarına yoluxma 50 faizdən 90 faizədək hallarda xəstənin ölümü ilə nəticələnir.

Ebola virusunun ilk yayılma halı 1976-cı ildə Konqo Demokratik Respublikasının Ebola çayı ətrafında qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi