Yuxarı
    Bağlamaq

    Kubalı həkim Ebolanı məğlub edib

    Cenevrə şəhərinə gətirilən Kubalı həkim tamamilə sağalaraq İsveçrədən ayrılıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ Cenevrə şəhərinə gətirilən Kubalı həkim tamamilə sağalaraq İsveçrədən ayrılıb.

    "Report" TRT-yə istinadən xəbər verir ki, Cenevrə Universiteti Xəstəxanasına 20 noyabr tarixində gətirilən Felix Baez Sarria, İsveçrədə müalicə olunan ilk Ebola xəstəsi olub.

    Xəstəxanada xüsusi bir otaqda müalicə olunan 43 yaşlı həkim, Sierra Leonaya Ebolayla mübarizə məqsədiylə gedən 165 Kubalı həkimdən biri olub.

    Dünya Səhiyyə Təşkilatından məlumatına əsasən, bu günə qədər müxtəlif ölkələrdə 622 səhiyyə işçisi ölümcül virusa yoluxub, onlardan 346-sı dünyasını dəyişib.

    Qərbi Afrikada bu günə qədər 6 mindən çox adam Ebola virusuna yoluxaraq həyatını itirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi