Komissiya sədri: "Azərbaycanda hepatit B-nin yayılması azalıb"

Komissiya sədri: "Azərbaycanda hepatit B-nin yayılması azalıb" Murad Məmmədov: "Ölkədə hepatit virusunun yayılması orta səviyyədədir"
Sağlamlıq
28 İyul , 2017 11:46
Komissiya sədri: Azərbaycanda hepatit B-nin yayılması azalıb
Report.az

Bakı. 28 iyul. REPORT.AZ/ "Azərbaycanda qan köçürmə zamanı 300 min təmannasız qan verənlərin müayinəsi zamanı virusların yayılma səviyyəsi B hepatiti üzrə 2 faiz, C hepatiti isə 1,95 faiz təşkil edib".

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hepatitlə xəstələnmə göstəricisi daha aşağıdır: "B hepatitinin yayılması azalıb. C hepatiti isə stabil qalıb. Hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyədədir".

M.Məmmədov qeyd edib ki, B hepatiti adətən cinsi yolla və stomatologiyada istifadə olunan preparatlarının təkrar istifadə olunmasından insana yoluxur: "C hepatiti isə cinsi yolla praktiki olaraq keçmir və əsasən, qan köçürmə prosesində, stomatologiyada və gözəllik salonlarında preparatların təkrar istifadə olunması zamanı keçir. B hepatiti nəzarət olunandır, C hepatitinə nəzarət çətin olur. Hepatitin müalicəsi var, ancaq zəmanət verilmir". 

Son xəbərlər

Orphus sistemi