Kliniki Tibbi Mərkəzə olunan müraciətlərin sayı açıqlanıb

Kliniki Tibbi Mərkəzə olunan müraciətlərin sayı açıqlanıb "Bu müddət ərzində KTM-də 1 685 doğuş baş verib"
Sağlamlıq
13 Oktyabr , 2016 11:32
Kliniki Tibbi Mərkəzə olunan müraciətlərin sayı açıqlanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bu ilin yanvar - sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) ümumilikdə 18 686 xəstə stasionar müalicə alıb".

"Report" xəbər verir ki, bunu Mərkəzin direktor əvəzi Ədalət Dadaşov mətbuat nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 3 207 xəstə mama-ginekoloji şöbədə (1 813 doğum, 122 patologiya, 1 272 xəstə isə ginekologiya şöbəsinə) daxil olub: "Bu müddət ərzində KTM-də 1 685 doğuş baş verib. Hemodializ şöbəsinə 196 xəstə daxil olub".

Ə. Dadaşov qeyd edib ki, ümumilikdə isə bir il ərzində təxminən 70-80 min insan Mərkəzə müraciət edir, bu da əvvəlki illərlə müqayisədə azalma deməkdir.

Direktor əvəzi Ədalət Dadaşov onu da xatırladıb ki, KTM-də 2000-ə yaxın həkim, orta və kiçik tibbi personal çalışır: "Müəssisədə 17 profil üzrə 27 stasionar və bir neçə yardımçı şöbələr fəaliyyət göstərir".

Son xəbərlər

Orphus sistemi