Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb "Keçən ilin dekabr ayı ilə müqayisədə bu ilin ilk ayında müraciət edənlərin sayında artım olmayıb"
Sağlamlıq
4 Fevral , 2015 09:15
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Bakı. 4 fevral. REPORT.AZ/ "Cari ilin yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə daxil olan müraciətlərin əksəriyyəti dəm qazından zəhərlənmə ilə bağlı olub". Bunu "Report"a açıqlamasında KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, xəstəxanaya son bir ayda 31 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib: "Müraciət edənlərdən 26 nəfəri xəstəxanaya yerləşdirilib. Allergik vəziyyətlə bağlı 12 nəfər müraciət edib ki, onlardan 8-i qəbul olunub. 1 nəfər isə sirkə turşusundan zəhərlənmə ilə qəbul edilib".

Şöbə müdiri onu da əlavə edib ki, havaların mülayim keçməsi ilə əlaqədar dəm qazından zəhərlənmə faktlarında artım olmayıb: "Keçən ilin dekabr ayı ilə müqayisədə bu ilin ilk ayında müraciət edənlərin sayında artım olmayıb"

Son xəbərlər

Orphus sistemi