Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirən 12 nəfərdən 3-ü uşaqdır

Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirən 12 nəfərdən 3-ü uşaqdır "Hazırda xəstələrin səhhətləri stabil olaraq qalır və heç bir həyati təhlükələri yoxdur"
Sağlamlıq
20 May , 2015 09:54
Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirən 12 nəfərdən 3-ü uşaqdır

Bakı. 20 may. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə qəbul edilən 33 yaralıdan 12-si hazırda Toksikologiya şöbəsində müalicəsini davam etdirir. Bu barədə "Report"a şöbənin müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, digər 21 nəfərə tibbi yardım göstərilərək evə buraxılıb: "Şöbədə müalicəsini davam etdirən 12 nəfərdən 3-ü uşaq, digər 9-u isə böyüklərdir. Böyüklərdən 1-i kişi, 8-i isə qadınlardır. Hazırda xəstələrin səhhətləri stabil olaraq qalır və heç bir həyati təhlükələri yoxdur".

Xatırladaq ki, dünən baş verən yanğın zamanı aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Ölənlər arasında 2-si qız, digər 2-si isə oğlan uşağı olmaqla 4 azyaşlı olub.

Son xəbərlər

Orphus sistemi