Azərbaycanda keçən il 14 yaşadək 179 uşaqda vərəm aşkarlanıb

Azərbaycanda keçən il 14 yaşadək 179 uşaqda vərəm aşkarlanıb Azərbaycanda vərəmlə xəstələnmə üzrə 100 min nəfərə 41,3 insan düşüb
Sağlamlıq
10 Avqust , 2016 11:49
Azərbaycanda keçən il 14 yaşadək 179 uşaqda vərəm aşkarlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ "Keçən il Azərbaycanda vərəmlə xəstələnmə üzrə 100 min nəfərə 41,3 insan düşüb".

"Report"un məlumatına görə, bunu Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.

O bildirib ki, bu rəqəm 2014-cü ildə 45,9 nəfər olub.

İradə Axundova onu da qeyd edib ki, uşaqlar və yeniyetmələr arasında keçən il üçün ümumilikdə 369 nəfər (2014-cü ildə 400 nəfər) vərəm xəstəsi kimi qeydiyyata alınıb: "Bunlar arasında 179 nəfər (2014-cü ildə 178 nəfər) 0-14 yaş, 190 nəfəri (2014-cü ildə 222 nəfər) isə 15-17 yaş arasında olub.

Son xəbərlər

Orphus sistemi