Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayında artım olub

Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayında artım olub Botulizm hadisəsi qeydə alınmayıb
Sağlamlıq
13 Avqust , 2015 15:36
Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayında artım olub

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, qida zəhərlənmələrindən ümumilikdə 75 nəfər zərər çəkib.

Şöbə müdiri əlavə edib ki, keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb və ay ərzində baş verən bütün qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Qeyd edək ki, iyun ayında 37 qida zəhərlənməsi hadisəsi baş vermişdi. Qida zəhərlənməsindən isə 43 nəfər zərər çəkmişdi. 

Son xəbərlər

Orphus sistemi