Yuxarı

Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

Ölkədə 2 botulizm hadisəsi qeydə alınıb

Bakı. 13 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində Azərbaycanda 71 (fevral ayında 62) qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, qida zəhərlənmələrindən ümumilikdə 84 nəfər zərər çəkib. Həmçinin keçən ay ölkədə 2 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər zəhərlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi