Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb Ölkədə 2 botulizm hadisəsi qeydə alınıb
Sağlamlıq
13 Aprel , 2015 10:18
Keçən ay Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində Azərbaycanda 71 (fevral ayında 62) qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, qida zəhərlənmələrindən ümumilikdə 84 nəfər zərər çəkib. Həmçinin keçən ay ölkədə 2 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər zəhərlənib. 

Son xəbərlər

Orphus sistemi