Azərbaycanda gigiyenik normalara cavab verməyən 9 obyekt bağlanıb

Azərbaycanda gigiyenik normalara cavab verməyən 9 obyekt bağlanıb Şadlıq evlərində mikrobioloji çirklənmə aşkarlanıb
Sağlamlıq
22 May , 2015 12:52
Azərbaycanda gigiyenik normalara cavab verməyən 9 obyekt bağlanıb

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 51 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ötən ay 9 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. Həmçinin 14 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Bundan başqa, apreldə 277 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan 6-nın nəticəsi qeyri-kafi olub. 6 məhsul toksikoloji baxımdan yoxlanılıb. Bakterioloji məhsullardan götürülən 200 nümunədən mənfi nəticə əldə edilməyib. 

Şadlıq evlərindən 925 yaxma nümunəsi götürülüb ki, bunlardan 8-də mikrobioloji çirklənmə aşkarlanıb. Soyuq qəlyanaltılardan isə 12 nümunə götürülüb və yoxlanılıb. 

Son xəbərlər

Orphus sistemi