Kardioloq: "Soyuq hava infarkt riskini artırır"

Kardioloq: "Soyuq hava infarkt riskini artırır" İsmayıl Erdoğu: "Ürək problemləri olanlar soyuq havada çox qalmamalıdırlar"
Sağlamlıq
13 Dekabr , 2016 20:05
Kardioloq: Soyuq hava infarkt riskini artırır

Bakı 13 dekabr. REPORT.AZ/ "Soyuq hava miokard infarkt riskini artırır. Buna görə də qış aylarında infarkt olanların sayında ciddi artım qeydə alınır".

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu kardioloq İsmayıl Erdoğu bildirib.

Havaların soyuduğunu deyən həkim, bu cür havanın sinə ağrılarını artırdığını, iqlim dəyişikliyinin ürəyə zərərli olduğunu vurğulayıb: "Soyuq qış aylarında ürəyində problemləri, xəstəliyi olanlar çölə çıxanda paltarlarını havaya uyğun seçməlidirlər. Soyuq havalarda idmanla çox məşğul olmamalı, bacardıqları qədər soyuq havada az qalmalıdırlar. Soyuq havaya çıxdıqları zaman sinələrində təzyiq, yanma kimi şikayətləri olanlar gecikmədən bu barədə həkimə bildirməlidirlər".

Mövsümünn dəyişilməsi ilə əlaqədar olaraq insanların qidalanma tərzlərində də dəyişiklik olduğunu deyən kardioloq diqqətə çatdırıb ki,  qışda təzə meyvə-tərəvəz tapmaq çətindir: "Ona görə də xəstələr adətən konservləşdirilimiş qidalar yeyir, eyni zamanda yağlı yeməklərə üstünlük verirlər. Amma ürək narahatlığı olanlar, şəkər xəstələri qış aylarında da qidalanma rejimlərinə diqqət etməlidirlər."

Son xəbərlər

Orphus sistemi