IV İslam Həmrəyliyi Oyunları zamanı iştirakçılara iki xəstəxanada tibbi yardım göstəriləcək

IV İslam Həmrəyliyi Oyunları zamanı iştirakçılara iki xəstəxanada tibbi yardım göstəriləcək Yarış iştirakçılarına və qonaqlara Bakı şəhər Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzində tibbi yardım göstəriləcək
Sağlamlıq
28 Mart , 2017 11:26
IV İslam Həmrəyliyi Oyunları zamanı iştirakçılara iki xəstəxanada tibbi yardım göstəriləcək

Bakı. 28 mart. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı ilə bağlı əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanan əmrdə Səhiyyə Nazirliyinin Təşkilat Komitəsinin yaradılması tapşırılıb.

Əmrə əsasən, səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhər Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdirilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator diaqnostikumlarla təmin olunması, müvafiq tibbi kadrların peşəkarlığın artırılması istiqamətində təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi kimi tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi