Cərrah-uroloq: "İran dərmanlarının tərkibində tanımadığımız maddələr olur"

Cərrah-uroloq: "İran dərmanlarının tərkibində tanımadığımız maddələr olur" "Azərbaycandan İrana gedən xəstələr ilkin mərhələdə ağrıları kəsildiyi üçün həkimlərdən razı qalırlar"
Sağlamlıq
22 Oktyabr , 2015 15:09
Cərrah-uroloq: İran dərmanlarının tərkibində tanımadığımız maddələr olur

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Böyrək xəstəliyi ilə bağlı İran dərmanlarına çox güvən yoxdur. Çünki həmin dərmanın tərkibində tanımadığımız maddələrdən istifadə olunur". Bunu "Report"a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri, cərrah-uroloq Fikrət Əhmədov deyib.

Onun sözlərinə görə, həmin dərmanların tərkibində ağrıkəsicilərin miqdarının çox olması ehtimalı var: "Azərbaycandan İrana gedən xəstələr ilkin mərhələdə ağrıları kəsildiyi üçün həkimlərdən razı qalırlar. Lakin müalicə dövründə effektiv nəticə almadıqda ağırlaşmış halda bizə müraciət edirlər. Belə olduğu halda isə bizim müalicə mərhələmiz də uzanmış olur".

Uroloq onu da qeyd edib ki, İrana gedib ağırlaşmalarla yenidən Azərbaycandakı həkimlərə müraciət edən xəstələrin sayı kifayət qədərdir: "Xəstələr az vəsaitlə təcrübəsiz həkimə müraciət edir və pulu qurtardıqda ödəniş etmədiyi üçün xəstəxanadan çıxarılırlar. Nəticə isə təbii ki, ürəkaçan olmur".  

Son xəbərlər

Orphus sistemi