Yuxarı
    Bağlamaq

    KTM-in Toksikologiya şöbəsinə ilan sancmaları ilə bağlı 4 nəfər müraciət edib

    Allergik reaksiya ilə bağlı klinikaya 5 müraciət daxil olub

    Bakı. 17 avqust. REPORT. AZ/ Avqustun 1-dən indiyədək 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ilan sancmaları ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb. Şöbə müdiri Azər Maqsudov "Report"a bildirib ki, bu müddət ərzində ilan sancmaları ilə bağlı 4 nəfər müraciət edib: "Onların hər biri müalicə olunduqdan sonra evə buraxılıb".

    A.Maqsudov qeyd edib ki, iyunun 1-dən bu günə kimi allergik reaksiya ilə bağlı klinikaya 5 nəfər müraciət edib: "6 nəfər isə spirtli içki qəbul edən şəxs müraciət edib". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi