Direktor: "Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb"

Direktor: "Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb" Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb.
Sağlamlıq
15 Noyabr , 2019 16:39
Direktor: Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb

"Azərbaycanda II tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb".

"Report" xəbər verir ki, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman deyib.

Direktor qeyd edib ki, bu olduqca ciddi problemdir:

"II tip şəkərli diabet xəstəliyi əvvəllər daha çox böyüklər arasında rast gəlinirdi. İndi isə bu, uşaq və gənclər arasında da geniş yayılıb. Əsas risk faktorlarından biri isə artıq çəkidir. Bu gün dünyada piylənmə bir xəstəlik kimi qəbul olunub. Hətta XXI əsrin epidemiyası da sayılır. Təbii ki, artıq çəkinin fəsadları çox ağırdır. Bu fəsadlar şəkərli diabet, ürək-damar xəstəlikləri və s-dir".

Son xəbərlər

Orphus sistemi