İyulun 1-dən bitki və heyvan mənşəli qida məhsullarının keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

İyulun 1-dən bitki və heyvan mənşəli qida məhsullarının keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək Bakı. 11 may. REPORT.AZ/ İyulun 1-dən Azərbaycana idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.
Sağlamlıq
11 May , 2018 16:21
İyulun 1-dən bitki və heyvan mənşəli qida məhsullarının keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ "İyulun 1-dən Azərbaycana idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, həmin məhsulların fitosanitar sertifikatlarla təmin olunması da agentlik tərəfindən həyata keçiriləcək.

Q.Təhməzli vurğulayıb ki, baytarlıq preparatlarının respublika üzrə təmin edilməsi işinə Kənd Təsərrüfatı Nazirliyi nəzarət edəcək, Agentlik isə həmin preparatların keyfiyyətinə baxacaq: "Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi