Yuxarı

Bayram günləri "Təcili tibbi yardım"a müraciət edənlərin sayı açıqlanıb

Tonqalda yanmaq və zəhərlənmə ilə bağlı çağırış olmayıb

Bakı. 28 mart. REPORT.AZ/ Bayram günləri (20-25 mart) ərzində "Təcili tibbi yardım"a təxminən 2 200 çağırış edilib. Bu barədə "Report"a Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, bu müddət ərzində bütün çağırışlar icra olunub: "İstirahət günlərinə (19-27 mart) gəlincə, poliklinikalar və müalicə mərkəzləri işləmədiyindən, bütün xəstələri qəbul etmirdilər. Ona görə də ilkin yardımla bağlı həkim briqadalarımız tam hazır vəziyyətdə olub və işlərini lazımi səviyyədə icra ediblər. Yəni, bu müddətdə işimizdə heç bir problem yaranmadı".

Stansiyanın baş həkimi onu da qeyd edib ki, çağırışlar arasında mövsümi müraciətlər çoxluq təşkil edib: "Yəni, diqqəti cəlb edən müraciətlər olmayıb. Misal olaraq, tonqalda yanmaq və zəhərlənmə ilə bağlı bizə çağırış daxil olmayıb. Çağırışlar əsasən, yüngül soyuqlamalar, respirator xəstəliklər, təzyiq, ürək-qan damar, sinir sistemi xəstəlikləri ilə əlaqədar olub". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi