İranlı həkimlər Naxçıvana səfər edib

İranlı həkimlər Naxçıvana səfər edib Tərəflər arasında gələcək əməkdaşlığa dair müzakirələr aparılıb
Sağlamlıq
26 Fevral , 2016 20:57
İranlı həkimlər Naxçıvana səfər edib

Bakı. 26 fevral. REPORT.AZ/ İranın Qərbi Azərbaycan vilayətinin ʺAzərbaycanʺ xəstəxanasının həkim və idarə heyətlərindən təşkil olunmuş nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, səfər çərçivəsində heyət üzvləri Naxçıvan MR Səhiyyə Nazirliyinin rəhbərliyi ilə görüş keçiriblər.

Görüş zamanı "Azərbaycan" xəstəxanasının icraçi direktoru, doktor Əlaəddin Mehri Naxçıvanda son illər ərzində səhiyyənin inkişafına diqqət çəkib. O, ikitərəfli əməkdaşlıq üçün müsbət imkanlar yarandığı barədə bildirib.

Ə.Mehri "Azərbaycan" xəstəxanasının imkanları və fəailiyyəti barədə məlumat verərək, xəstəxananın Qərbi Azərbaycan vilayətində ən etibarlı səhiyyə müəssisələrindən biri olduğunu diqqətə çatdırıb.

Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov isə bildirib ki, Naxçıvan MR baş verən bütün bu inkişafa Azərbaycanın ümummilli lideri Heydər Əliyev sayəsində nail olub. O, bütün bu inkişafın və İran İslam Respublikası ilə səmimi dostluq əməkdaşlığının banisi olduğunu deyib və əlavə edib ki, hazırda İslam Respublikasının və Azərbaycanın prezidentləri arasında çox gözəl əlaqələr var və bu səmimi dostluq xalqlarında dostluğuna və yaxınlaşmasına səbəb olacaq.

İranın Naxçıvandakı baş konsulu Mansour Airom isə deyib ki, səhiyyə heyətlərinin qarşılıqlı görüşləri nəticəsində ehtiyaclar öyrənilir, əməkdaşlıq imkanları araşdırılaraq daha yaxşı müalicə üsulları tətbiq ediləcək. Onun sözlərinə görə, bütün bunlar hər iki tərəfin əhalisinin saglamlığına xidmət edir.

Görüşlərdən sonra İran nümayəndə heyəti Diaqnostika Mərkəzini ziyarət edərək naxçıvanlı həkimlərin fəailiyyəti ilə yaxından tanış olublar, gələcək əməkdaşlığa dair müzakirələr aparıblar.  

Son xəbərlər

Orphus sistemi