İ​qtisadiyyat və Sənaye Nazirliyi əhaliyə müraciət edib

İ​qtisadiyyat və Sənaye Nazirliyi əhaliyə müraciət edib İstehlak bazarında müayinə, müşahidə, baxış tədbirləri davam etdirilir
Sağlamlıq
26 Noyabr , 2015 16:13
İ​qtisadiyyat və Sənaye Nazirliyi əhaliyə müraciət edib

Bakı. 26 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının, süni qiymət artımının qarşısının alınması məqsədilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bununla əlaqədar olaraq nazirlik vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012) 498-15-01/04 nömrəli telefonlarla məlumat vermələrini tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi